Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsinə qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 37 yaşlı qrosmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: