Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

A- A A+

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək üçün Azərbaycan və Türkiyə də öz namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: