Güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində gənclər arasında güllə atıcılığı  üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəsissələrinin tələbələri, eləcə də şəhər və rayonların fəal gəncləri iştirak ediblər.

Yarışda 15 idmançı atıcılıq bacarıqlarını nümayiş etdirib. Qaydalara əsasən hər idmançı 5 atış edib. Yekun xallara əsasən Novruz Muradov birinci, Əmrah Əsgərli ikinci, Rasim Rüstəmov isə üçüncü yerləri tutublar.

Qaliblər Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: