Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son olaraq “Flamenqo”da forma geyinən 37 yaşlı yarımmüdafiəçi vida matçına çıxıb.
O, A seriyasında “Avai” ilə keçirilən qarşılaşma ilə futbolla vidalaşıb.
Qeyd edək ki, futbolçu “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbağça” klublarında çıxış edib. Braziliya yığmasında 34 oyuna çıxan Dieqo iki dəfə Amerika kuboku yarışını qazanıb.