Maradonanın “yüzilliyin qolunu” vurduğu top 2,4 milyon dollara satılıb

A- A A+

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı oyunda iki qol vurduğu futbol topu hərracda 2 milyon funt-sterlinqə (2,4 milyon dollar) satılıb.

NUHÇIXAN İnformasiya Agentliyi BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Böyük Britaniyanın “Graham Budd” satış evi bütün matç boyu meydançada olan və eyni zamanda Dieqo Maradonanın iki məşhur qolunun xatirəsini yaşadan futbol topunu satışa çıxarıb.

Məşhur topun yeni sahibinin adı açıqlanmır.

Dieqo Maradonanın 36 il əvvəl İngiltərə ilə oyununda vurduğu ilk qol futbol tarixinin ən məşhur hadisələri sırasında yer alıb. Belə ki, Argentinalı hücumçu matçın 52-ci dəqiqəsində topu yumruğu ilə qapıya yönəldib. Dörd dəqiqə sonra isə o, beş ingiltərəli oyunçunu və qapıçını aldadaraq bu gün “əsrin qolu” kimi tanınan qola imza atıb. Nəticədə argentinalılar 2:1 hesabı ilə qalib gəlib.

Həmin futbol topunu hərraca qapıya əl ilə yönəldilən zərbənin qaydalara uyğun olduğu barədə qərar qəbul edən tunisli referi Əli Bin Nasir çıxarıb.

Bu ilin may ayında Maradonanın həmin qalmaqallı oyunda geyindiyi idman köynəyi 9,3 milyon dollara hərraca çıxarılıb və idman əşyalarının satışı üzrə yeni rekord müəyyən edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: