Gənc könüllülər Dövlət Bayrağı Muzeyini ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiyada iştirak edən gənclərə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunan tarixi qərarlar barədə məlumat verilib, üçrəngli bayrağımızın məhz həmin gün Naxçıvanda qaldırıldığı diqqətə çatdırılıb.

Naxçıvan Dövlət Bayrağı Muzeyi barədə geniş məlumat verilərək diqqətə çatdırılıb ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-də muzeyin açılışı olub. 

Bildirilib ki, muzeyin eksponatları sırasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bayraqları, gerbləri və inzibati xəritələri nümayiş olunur. Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri daha çox diqqəti cəlb edir.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: