İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun müqaviləsini ləğv etmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib.
Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir.
37 yaşlı portuqaliyalı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.