Süni intellekt Braziliya millisini Qətərdə keçiriləcək dünya çempionatının favoriti adlandırıb

A- A A+

Braziliya millisinin Qətərdə keçiriləcək dünya çempionatında qalib gəlmək şansı 20,9 faizdir. Braziliya yığması Argentina (14,3 faiz), Fransa (11,4 faiz), İspaniya (9 faiz) və Almaniya (3,4 faiz) ilə müqayisədə ən yüksək göstəriciyə malikdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qətərdə oynanılacaq hər matçın nəticəsi üçün bu ehtimalların hesablanmasında süni intellektdən istifadə edilib.

Britaniyanın “Experian” şirkətinin Braziliya bölməsi olan “Serasa Experian”ın DataLab komandası dünya çempionatının son üç dövrəsinin bütün nəticələrini özündə əks etdirən məlumat bazasından istifadə edib.

Dünya çempionatını proqnozlaşdırmaq üçün istifadə edilən model kredit və sığorta hesablamalarında riskləri hesablamaq üçün istifadə olunan modellə eynidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: