Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.
Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edəcək. II qrupun lideri Lüksemburq keçirdiyi hər iki oyunda qəbələ qazanıb. Belarus yığması 4 xalla ikinci, Moldova isə 1 xalla üçüncüdür. San Marino isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
A Liqasında 2 qarşılaşma təşkil olunacaq. Sonuncu dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupda hər iki komandanın 3 xalı var. Keçirdiyi hər iki oyunda məğlub olan İslandiyanın isə xalı yoxdur və sonuncu pillədədir.
Günün ən maraqla gözlənilən qarşılaşması da A Liqasında keçiriləcək. Xorvatiya evdə İngiltərə ilə qarşılaşacaq. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olub. Qrupa 6 xalla İspaniya yığması başçılıq edir.
UEFA Millətlər Liqası
III tur
A Liqası
II qrup
22:45. Belçika - İsveçrə
Xal durumu: İsveçrə - 3 (1 oyuna), Belçika - 3 (1), İslandiya - 0 (2)
IV qrup
22:45. Xorvatiya - İngiltərə
Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 0 (1), Xorvatiya - 0 (1)
B Liqası
III qrup
22:45. Avstriya - Şimali İrlandiya
Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Şimali İrlandiya - 0 (1), Avstriya - 0 (1)
C Liqası
II qrup
22:45. Estoniya - Finlandiya
22:45. Yunanıstan - Macarıstan
Xal durumu: Finlandiya - 6 xal (2 oyuna), Macarıstan - 3 (2), Yunanıstan - 3 (2), Estoniya - 0 (2)
D Liqası
II qrup
22:45. Belarus - Lüksemburq
22:45. Moldova - San Marino
Xal durumu: Lüksemburq - 6 xal (2 oyuna), Belarus - 4 (2), Moldova - 1 (2), San Marino - 0 (2).