Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib - VİDEO

324

Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "El-Bayt" stadionunda təşkil olunan tədbir ölkənin tarixindən bəhs edən video-çarxlar və dialoqlarla başlayıb.

Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramına start verilib.

Mərasimdə diqqət çəkən məqamlardan biri 2018-ci ildə Rusiyada keçirilmiş mundialın talismanı "Zabivaka" adlı canavar personajının DÇ-2022-də iştirakı olub.

Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.

Qeyd edək ki, DÇ-2022 bu gün Qətər və Ekvador arasında keçiriləcək açılış matçı ilə start götürəcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: