XXII dünya çempionatında ilk qol vurulub - FOTOLAR

A- A A+

Qətərin ev sahibliyi etdiyi futbol üzrə XXII dünya çempionatında ilk qol vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın açılış maçı - Qətər - Ekvador oyununda hesabı qonaqlar açıb. Belə ki, matçın 16-cı dəqiqəsində penaltidən fərqlənən Enner Valensiya Ekvador millisini hesabda önə keçirib.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: