DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub

A- A A+

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: