Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qrosmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib. Yekunda 6,5 xal toplayan E.Səfərli yarışı birinci pillədə başa vurub.
Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.