DÇ-2022: İran millisi ciddi itki ilə üzləşib - VİDEO

288

İran millisi Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdiyi B qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvand zədələnib. Komanda yoldaşı ilə toqquşmadan sonra burnundan xəsarət alan qolkiper matçı davam etdirə bilməyib.

Meydanı xərəkdə tərk edən Beyrənvand 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: