Boksçularımız Bakıda keçirilən peşəkar boks gecəsində iştirak ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, milli komandanın üzvləri, Naxçıvan Boks Federasiyasının yetirmələri Sərxan və Tayfur Əliyev qardaşları Bakıda Universal Boks Təşkilatının (UBO) orta-ağır çəki dərəcəsində dünya kəməri uğrunda keçirilən döyüşdə iştirak ediblər. Peşəkar boks gecəsi çərçivəsində keçirilən döyüşlərdə Tayfur 61 kq-a qədər çəki dərəcəsində Sərxan Əhmədovla mübarizədən qalib ayrılıb. Sərxan isə orta çəki dərəcəsində Xanbala Qurbanovu məğlubiyyətə uğradaraq gecənin qaliblərindən olub.

Qeyd edək ki, peşəkar boks gecəsində müxtəlif çəki dərəcələri üzrə 7 döyüş keçirilib. Gecənin əsas döyüşündə - 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türk boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov (79,3 kq) üz-üzə gəliblər. Bərabər keçən döyüşdə zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub.

Bununla da Hasan Kubilay Alcu UBO dünya kəmərini qazanıb.

Tədbirdə fəxri qonaq qismində "WBC Silver Asia" və "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: