Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycan nümayəndəsinə təqdim edilib

A- A A+

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Tədbirin sonunda mundialın keçici bayrağı növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova verib.

Mərasimdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.

2023-cü il mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: