Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında rekordu təkrarlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Səudiyyə Ərəbistanına qarşı ilk tur matçında meydana çıxmaqla nail olub.
Messi karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus və Canluici Buffona (İtaliya) çatıb.
Portuqaliya millisindən Kriştianu Ronaldu, Meksika seçməsindən isə Andres Quardado da rekordu təkrarlaya bilər.