Azərbaycan kuboku: "Araz-Naxçıvan" "Qəbələ"yə məğlub olub

A- A A+

Azərbaycan Kuboku 1/8 final mərhələsində "Araz-Naxçıvan" "Qəbələ" ilə qarşılaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə ev sahibi matça sürətli başlayıb. Oyunun 29-cu dəqiqəsində hesab açılıb. "Qəbələ"nin heyətində Məqsəd İsayev fərqlənib. İlk hissə bu hesabla yekunlaşıb. 1-0.
Oyunun ikinci hissəsində də ev sahibi komanda hücumlarını davam etdirib. "Qəbələ"nin heyətində 56-cı dəqiqədə Roman Maçado, 4 dəqiqə sonra İsnik Alimi, 63-cü dəqiqədə Felipe Santos, 75-ci dəqiqədə isə Ülvi İsgəndərov adını tabloya yazdırıb. Oyun Premyer Liqa təmsilçisinin 5:0-lıq qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: