Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.
"Edyukeyşn Siti" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.