Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qrupun ikinci oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. "Stadium 974"də keçirilən qarşılaşmada hesab açılmayıb.
Günün ilk oyununda C qrupu çərçivəsində Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və gözlənilməz halda 1:2 hesabı ilə uduzub. “Edukeyşn Siti" stadionunda oynanılan görüşdə isə Danimarka və Tunis (D qrupu) milliləri üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.
Günün sonuncu oyunu D qrupunda sonuncu dünya çempionu Fransa və Avstraliya arasında olacaq. "Əl-Cənub" arenada keçiriləcək və saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “Qətər-2022” dekabrın 18-də yekunlaşacaq.