Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.