DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB

411

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: