Badmintonun inkişafı ilə bağlı keçirilən təlimlərə 80 məktəbli cəlb olunub - FOTOLAR

186

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Beynəlxalq Badminton Federasiyasının “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə davam etdirilən “Shuttle Time” proqramı bu dəfə Naxçıvanda həyata keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində ABF-nin məşqçiləri tərəfindən keçirilən təlimə muxtar respublikanın şəhər və rayonlarından ümumilikdə 80 məktəbli cəlb olunub. İki günlük təlim zamanı iştirakçılara nəzəri və praktiki biliklər aşılanacaq.

Dünya Badminton Federasiyası (BWF), Azərbaycan Milli Olimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Qeyd edək ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, təlim və ustad dərslərinin  təşkili diqqət mərkəzində saxlanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: