DÇ-2022: Bu gün qrup mərhələsində II tura start veriləcək

242

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, A və B qruplarında ümumilikdə 4 görüş baş tutacaq.

Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək.

Günə A qrupunun İngiltərə - ABŞ matçı ilə yekun vurulacaq.

DÇ-2022

Qrup mərhələsi, II tur

25 noyabr

A qrupu

17:00. Qətər - Seneqal

Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)

"Al Tumama" stadionu

20:00. Niderland - Ekvador

Baş hakim: Mustafa Qorbal (Əlcəzair)

"Xəlifə" stadionu

Xal durumu: Niderland - 3, Ekvador - 3, Seneqal - 0, Qətər - 0

B qrupu

14:00. Uels - İran

Baş hakim: Mario Eskobar (Qvatemala)

"Əhməd Bin Əli" stadionu

23:00. İngiltərə - ABŞ

Baş hakim: Xesus Valensuela (Venesuela)

"Əl Bayt" stadionu

Xal durumu: İngiltərə - 3, ABŞ - 1, Uels - 1, İran - 0

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: