Oktyabrın 6-dan etibarən Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ev sahibi olduğu olimpiadada mübarizə davam edir.
NUHÇIXAN xəbər verir ki, ölkəmizi mötəbər yarışda təmsil edənlərdən biri də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Ağır Atletika üzrə Şərur rayon bölməsinin idmançısı Tərmenxan Babayevdir. Məşqçi Şəfi Hüseynovun yetirməsi ağır atletika üzrə 85 kq çəki dərəcəsində mübarizə aparacaq. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, 6 qat rekordçusu, dəfələrlə ölkə və beynəlxalq yarışların mükafatçısı olan Tərmenxan qızıl medalın əsas favoritlərindən biri hesab olunur. Rəqiblərə gəlincə İtaliya, Çili, Pakistan, Səudiyyə Ərəbistanı, İran və Yunanıstandan olan atletlər də idmançımızla bərabər körpücük üzərinə çıxacaqlar.
Qeyd edək ki, Tərmenxan Babayev bu gecə saat 01:00-da mübarizəyə qoşulacaq.
Emil Səmədov