Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəlib.
Qarşılaşma Asiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezaeian fərqlənib.