Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək. Belə ki, əvvəlcə “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq qarşılaşmanı hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov idarə edəcəklər.
Günün növbəti oyununda “Qarabağ” “Zirə” ilə görüşəcək. “Azersun Arena”da saat 19:00-da start götürəcək oyunun hakimləri Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov olacaqlar.
Noyabrın 29-da “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” matçları keçiriləcək.
Bundan əvvəl turun bir oyunu keçirilib (“Neftçi” – “Səbail” - 3:1).