Karateçimiz mükafatçılar sırasında

A- A A+

Bakı şəhərində "Caspian Open" beynəlxalq karate turniri keçirilib.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə Bakı İdman Sarayında təşkil olunan yarış 6-18 yaşlı uşaq, yeniyetmə və gəncləri əhatə edib. 

Muxtar respublikadan yarışda bir nəfər - Naxçıvan Karate-do Federasiyasının idmançısı Fatimə Bağırzadə medallar uğrunda mübarizə aparıb. 8 yaşlılar arasında kumite növü üzrə gücünü sınayan karateçimiz 25 kq çəki dərəcəsində ikinci olub. 

Turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla mükafatlandırılıblar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: