Bakı Boks Mərkəzində yeniyetmələr arasında boks üzrə Azərbaycan çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 66 komandadan 326 boksçunun iştirak etdiyi yarışda Naxçıvan 2 məşqçi və 8 idmançı ilə təmsil olunub.
Boksçularımızdan Elbrus Kərimli 54 kq çəki dərəcəsində qarşılaşdığı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız medal və diplomla təltif edilib.