DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

A- A A+

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: