Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” klubu “Sabah”ı qəbul edəcək. Bakı təmsilçisi 35 xalla turnir cədvəlində ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.

Tura “Sumqayıt”-“Qəbələ” görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, “Qəbələ” 20 xalla beşinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” “Şamaxı” ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib - 0:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: