Bu gün Hindistanın Kəlküttə şəhərində “Tata Steel Chess India Rapid 2022” şahmat superturniri start götürür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Hər gün 3 tur keçiriləcək. Bu gün Ş.Məmmədyarov hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman, ABŞ şahmatçısı Uesli So ilə görüşəcək.
Turnir dekabrın 12-dək davam edəcək.