MMA döyüşçümüz Gündüz Nəbiyev “Octagon” liqasında növbəti qələbəsini qazanıb

A- A A+

Qazaxıstanın Almatı şəhərində Asiyanın ən nüfuzlu “TOP-2” MMA liqası olan “Octagon”da Azərbaycan təmsilçisi Gündüz Nəbiyev növbəti görüşünü keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, G.Nəbiyev Qırğızıstan idmançısı Rəsul Kumbetbəkoğluna birinci raundda texniki nokautla qalib gəlib.

Bu, təmsilçimizin “Octagon” liqasında ikinci döyüşü və qələbəsi olub. G.Nəbiyev növbəti döyüşünü liqanın kəməri uğrunda keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: