Superturnirdə Şəhriyar Məmmədyarovdan uğurlu start

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess India Rapid 2022” superturnirinə uğurla start verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz yarışın ilk 3 turunda hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman və ABŞ idmançısı Uesli Soya qalib gəlib. Nəticədə 3 xal toplayan qrosmeysterimiz liderliyə yüksəlib.

Turnir dekabrın 12-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: