Fransa millisinin üzvü Kilian Mbappe Tunis yığması ilə oyunu buraxa bilər

A- A A+

Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Tunis yığması ilə oyunu buraxa bilər.

NUHÇIXAN İnformasiya Agentliyi “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, ötən gün baş tutan məşqdə forvardın topuğunda problem yaranıb. Fransa millisinin baş məşqçisi Didye Deşamın futbolçuya tam sağalması üçün istirahət verəcəyi gözlənilir.

Fransa millisi dünya çempionatının pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Qeyd edək ki, bu gün Rayan şəhərindəki “Edukeyşn Siti” stadionunda keçiriləcək Tunis-Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: