I Divizion: "Araz-Naxçıvan" "Qaradağ Lökbatan" üzərində qələbə qazanıb

A- A A+

Futbol üzrə Azərbaycan I Divizionunun XII turu çərçivəsində “Araz-Naxçıvan” bu gün "Qaradağ Lökbatan"ı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüşdə oyuna fəal başlayan “Araz-Naxçıvan” 9-cu dəqiqədə hesabı açıb. Orxan Əliyev fərqlənib. İlk hissə 1:0-lıq hesabla yekunlaşıb.

Oyunun ikinci hissəsində “Araz-Naxçıvan” 67-ci dəqiqədə penaltidən vurulan qolla fərqi 2-yə çatdırıb. Bu dəfə də Orxan Əliyev fərqlənib.

Oyun “Araz-Naxçıvan”ın 2:0-lıq qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: