Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan-Malta oyunu keçiriləcək

A- A A+

Bu gün UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək. NUHÇIXAN xəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək.

Oyun saat 20:00-da başlayacaq. Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir. Turun maraq doğuran daha bir qarşılaşması B2 qrupunda oynanılacaq.

Moskvada Rusiya və Türkiyə milliləri üz-üzə gələcək. Bu qrupda iki turdan sonra Rusiyanın 4, Türkiyənin 3, İsveçin 1 xalı var. Bu gün, həmçinin A3 qrupunda Polşa-İtaliya, C1 qrupunda İsrail-Albaniya, C4 qrupunda Rumıniya-Serbiya və Litva-Monteneqro, D3 qrupunda isə Farer Adaları-Kosovo oyunları baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: