Seneqal millisi media ilə bağlı reqlamenti pozduğu üçün cərimələnib

A- A A+

FIFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub.

Yığmanın oyunçularından heç biri Ekvadora 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin üçüncü tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.

Qeyd edək ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi pley-offda İngiltərə ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: