WBC çempionu Tayson Fyuri titulunu qoruyub

A- A A+

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisoraya qarşı keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.

Otuz üç yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onunla rəqibi Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: