DÇ-2022: İngiltərə millisi vərəqə görməyən yeganə komandadır

A- A A+

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında vərəqə almayan yeganə komandadır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qaret Sautgeytin baş məşqçi olduğu yığma meydana çıxdığı 4 matçda xəbardarlıqla üzləşməyib.

Bu göstəriciyə görə ikinci sırada İspaniya kollektivi qərarlaşıb. Britaniyalılardan hələlik bir oyun az keçirən "buğalar" qrupdakı 3 görüşündə bir sarı vərəqə alıb.

Qeyd edək ki, İspaniya dekabrın 6-da 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: