Mundialların pley-offlarında qol vuran ən yaşlı futbolçuların sıralamasında dəyişiklik olub

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya çempionatları tarixində pley-off mərhələlərində qol vuran ən yaşlı futbolçuların adlarını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində Polşa üzərində 3:1 hesablı qələbəyə 1 qolla töhfə verən Fransa yığmasının hücumçusu Jiru siyahıda 4-cü yerə yüksəlib.

Qarşılaşmada ilk qolun müəllifi olan Jiru 36 yaş 65 günlüyündə fərqlənməklə Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni qabaqlayıb. Siyahıya kamerunlu Roje Milla başçılıq edir. O, DÇ-1990-ın 1/8 finalında Kolumbiya ilə görüşdə qol vuranda 38 yaş 34 günlüyündə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: