Futbol üzrə Azərbaycan I Divizionunun XIII turu çərçivəsində “Araz-Naxçıvan”la “Səbail-2” komandası qarşılaşıb. Görüş Bakı şəhərindəki ASCO Arenada keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk hissədə üstünlük nümayiş etdirən “Araz-Naxçıvan” rəqib qapısı önündə bir neçə dəfə qol epizodu yaratsa da, tablodakı rəqəmi dəyişə bilməyib.
Oyunun ikinci hissəsi də maraqlı keçib. Kəsərli hücumlarını daha da artıran “qırmızı-ağlar” 54-cü dəqiqədə Bayraməli Qurbanovla hesabı açıb. 16 dəqiqə sonra qonaqlar 2-ci topu “Səbail-2”nin qapısından keçirib. Bayraməli Qurbanov dubl edib. Görüş bu hesabla başa çatıb. “Səbail-2”-“Araz-Naxçıvan” - 0:2.
Qeyd edək ki, “Araz-Naxçıvan” cari çempionatda keçirdiyi 12 oyundan sonra 29 xalla yenidən turnir cədvəlinə başçılıq edir.