Taekvondoçumuz Cavad Ağayev Qran-Pridə gücünü sınayacaq

A- A A+

Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək Qran-Pridə çıxış edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, dünya reytinqində 173,94 xalla 10-cu olan Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.

Parataekvondo üzrə komandamız da Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-Prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) güclərini yoxlayacaqlar.

Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Qran-Prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: