2025-ci ildə kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkələrdən biri bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi Avropa Voleybol Konfederasiyasına istinadla xəbər verir ki, çempionatın qruplarından birinin matçları Rumıniyada keçiriləcək. 1963-cü ildə həm kişilərin, həm qadınların qitə çempionatını qəbul edən Rumıniya 59 ildən sonra yarışın təşkilatçılarından olacaq.
“Avro-2025”ə dörd ölkə birgə ev sahibliyi edəcək. Digər üç meydan sahibi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, 2023-cü ildəki Avropa çempionatına İtaliya, Bolqarıstan, Şimali Makedoniya və İsrail ev sahibliyi edəcək.