DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

A- A A+

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.

Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: