Portuqaliyalı futbolçu Pepe rekorda imza atıb

A- A A+

Portuqaliyalı futbolçu Pepe Qətərdə keçirilən dünya çempionatında rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın pley-off mərhələsində İsveçrə ilə qarşılaşmada fərqlənən Pepe dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub. Müdafiəçi bu uğura 39 yaşında (3 aydan sonra onun 40 yaşı tamam olacaq) nail olub.

Qeyd edək ki, Portuqaliya millisi rəqibini 6:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə komanda Mərakeş seçməsi ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: