Tələbələr arasında basketbol birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında basketbol üzrə muxtar respublika birinciliyinə bu gün keçirilən final qarşılaşması ilə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilən yarışın həlledici qarşılaşması “NDU-1” ilə “NDU-2” komandası arasında baş tutub. Daha üstün təsir bağışlayan universitetin birinci komandası 48:35 hesablı qələbə ilə birinci, “Naxçıvan” Universitetinin komandası isə üçüncü olub.

İlk üçlükdəki komandalara diplom və kubok təqdim olunub.   

Qeyd edək ki, yarışda 7 komanda “play-off” əsasında mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: