Bu gün İspaniyanın futbol üzrə millisinə yeni baş məşqçi təyin olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, baş məşqçi vəzifəsi Luis de la Fuenteyə həvalə edilib.
Altmış bir yaşlı məşqçi ilə dekabrın 12-də rəsmi müqavilənin imzalanacağı bildirilir. De la Fuente bundan əvvəl İspaniyanın U-21 yığmasına rəhbərlik edib.
Xatırladaq ki, İspaniya komandasının dünya çempionatının səkkizdəbir finalında Mərakeş millisinə məğlub olması Luis Enrikenin istefası ilə nəticələnib.