FIFA Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.
Mundialın yarımfinal matçları dekabrın 13-14-də, final görüşü isə 18-də oynanılacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.
Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda təşkil olunacaq.