“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

A- A A+

Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk “10-luq”da “Qarabağ” da yer alıb.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərindəki 8 oyununda 15 qol, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qolla yadda qalıb. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb.

Cədvələ 12 oyunda rəqib qapılarına 30 dəfə yol tapan Niderlandın AZ komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikincidirsə, Türkiyə “Başakşehir”i aktivində 26 topla “ilk üçlüy”ün son sakinidir.

Avrokuboklar mövsümünə birbaşa qrup mərhələsindən başlayan klublardan yalnız İtaliya təmsilçisi "Napoli" ilk "10-luğ"a düşə bilib. Neapollular 20 qolla 9-10-cu yerləri bölüşdürürlər.

Qitənin digər nəhəng klublarından "Bavariya" (Almaniya) 18, "Benfika (Portuqaliya), PSJ (Fransa) 16 qol, “Real” (İspaniya), PSV (Niderland) 15, “Mançester Siti” (İngiltərə) və “Fiorentina” (İtaliya) isə 14 qolla imza atıblar.

1. AZ (Niderland) – 12 oyun / 30 qol

2. “Yurqarden” (İsveç) – 12/27

3. “Başakşehir” (Türkiyə) – 12/26

4-5. “Ballkani” (Kosovo) – 12/25

“Lex” (Polşa) – 12/25

6. “Qarabağ” (Azərbaycan) – 14/24

7-8 “Slaviya” (Çexiya) – 12/23

“Molde” (Norveç) – 12/23

9-10. "Napoli" (İtaliya) - 6/20

“Ferentsvaroş” (Macarıstan) – 12/20

11-12. "Bavariya" (Almaniya) - 6/18

“Bazel” (İsveçrə) – 12/18

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: